
İngilis millət vəkilinin "sərilərək oturması" ciddi tənqid edilib

İngiltərə parlamentində "razılaşdırılmamış Brexit"-in qarşısını alacaq qanunların qəbul edilməsi müzakirə edilərkən Mühafizəkarlar Partiyasının Brexit tərəftarı üzvü, İcmalar Palatasının lideri Jacob Rees-Moggun parlamentdə "sərilərək oturması" digər millət vəkillərinin etirazına səbəb olub.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Rees-Mogg parlamenti "ələ salmaqda və hörmətsizlikdə" ittiham olunub.
Əsas müxalifətdəki İşçi Partiyasının millət vəkili Anna Turley bu barədə "Təkəbbür, hüquq, hörmətsizlik və parlamentimizə qarşı hörmətsizliyin fiziki təcəssümü" deyə tvit atıb.
Parlamentdə müzakirələr aparıldığı vaxt Rees-Mogg-a müraciət edən Yaşıllar Partiyasının millət vəkili Karoline Lukas da bu davranışın "təhqiredici" olduğunu deyib:
"Bu gecə danışılanlar çox maraqsızdır kimi davranaraq İcmalar Palatasının lideri üç nəfərlik divana sərilərək uzanıb", - o söyləyib.
Rees-Moggun bu münasibəti Twitter-də də tənqidlərin hədəfi olub. Bəzi Twitter istifadəçiləri bu oturuşun "hörmətsiz" olduğunu söyləyərək, "Düz otur! Sən İcmalar Palatasının lideri kimi davranmalısan. Çimərlikdə qabaq cərgələrdəki şezlonqlarda oturmursan, bir az hörmət göstər" deyib.

Oxşar yazılar

Bu ölkədə 76 günə virusdan ölüm sayı 100 mini keçdi
27 yanvar 2021 , 09:45
Koronavirusun daha təhlükəli nəticələri MƏLUM OLDU
27 yanvar 2021 , 08:10Həftəsonu Yer kürəsi yaxınlığından böyük asteroid keçəcək
27 yanvar 2021 , 04:18
Etirazçılar Paşinyanın diplomatik pasportunu oğurlayıblar
27 yanvar 2021 , 02:12
Dünyada koronavirusa yoluxanların sayı 100 milyonu keçdi
27 yanvar 2021 , 00:10
Onlar kimləri və niyə "buynuzlayırlar"?
26 yanvar 2021 , 16:41
Son 100 ilin ən sərt böhranı - BMT AÇIQLADI
26 yanvar 2021 , 11:31
Rusiyada 140 illik BİNA ÇÖKDÜ - FOTO
26 yanvar 2021 , 11:04