YouTube uşaqlara targetinq reklamları göstərməyəcək
YouTube videoservisi uşaqlar üçün nəzərdə tutulmuş videolarda targeting reklamların göstərilməsinin aradan qaldırılmasını planlaşdırır.
Lent.az "technote"a istinadən xəbər verir ki, bu üsulla videoservis ABŞ-ın federal ticarət komissiyasının (FTC) YouTube vdeoservisinin uşaqların internetdəki konfidensiallıqları qanununu pozması üzrə şübhələrini aradan qaldırmaq istəyir.
2018-ci ildə istifadəçilərdən ibarət qrup YouTube servisini FTC-ya şikayət etmişdi. Onların fikrincə videoervis yetkinlik yaşına çatmamış insanlar barəsində məlumat yığaraq onlara targetinq reklamları göstərir.
İstifadəçilər tələb edirdilər ki, şirkət bütün uşaq videolarını YouTube Kids tətbiqinə keçirtsin. Orda isə targetinq reklamı yoxdur. Bu ilin iyul ayında "The Wall Street Journal" saytı bildirmişdi ki, şirkət bütün uşaq videolarının YouTube Kids tətbiqinə keçirtmək planını nəzərdən keçirdir. Məlumata əsasən, YouTube FTC ilə razılıq əldə edib və həmin razılığıa əsasən o, milyonlarla dollar dəyəri olan cəriməni ödəyəcək və bir sıra şərtləri yerinə yetirəcək.
Söhbətin hansı şərtlərdən getdiyi və targetinq reklamların uşaq videolarında əks olunmasının dayandırılmasının həmin şərtlərə daxil olub-olmadığı barəsində məlumat yoxdur. YouTube servisi öz reklam gəlirləri barəsində məlumat vermir. Lakin Loup Ventures adlı analitik şirkətin məlumatlarına əsasən servis hər il uşaqlar üçün nəzərdə tutulmuş videolar sayəsində 500-700 milyon dollar gəlir əldə edir. Targetinq reklamlardan imtina nəticəsində isə servisin illik gəliri 50 milyon dollar aşağı olacaq.
Oxşar yazılar

Rusiyada Şahin Şıxlinskinin oğlu saxlanıldı-YENİLƏNİB
15 iyul 2025 , 23:09
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti 3 ay uzadıldı
15 iyul 2025 , 22:31
Ox uşağın beynini deşdi, sağ qaldı
15 iyul 2025 , 17:44
İki uşağı öldürən sehrbaz tutuldu - 11-ni də öldürəcəkmiş
15 iyul 2025 , 13:20
Silahlılar kəndə basqın edib 300-dən çox adamı öldürdülər
15 iyul 2025 , 12:36
115 yaşlı marafonçu faciəli şəkildə öldü
15 iyul 2025 , 12:07
Doğuşdan 17 saat əvvəl hamilə olduğunu öyrəndi - Özü DANIŞDI
15 iyul 2025 , 11:13
"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46