“Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” – <span style="color:red;">YENİ KİTAB
16 avqust 2019 18:54 (UTC +04:00)

“Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” – YENİ KİTAB

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyevin “Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” adlı monoqrafiyası işıq üzü görüb.

AMEA mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mono­qrafiyada Naxçıvanda meyvəçiliyin inkişaf tarixindən, müasir vəziyyətindən, bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs olunur.

Elmi əsərdə ənənəvi olaraq hər il Naxçıvanda keçirilən göycə festivalının əhəmiyyəti vurğulanıb, Naxçıvan göycəsi sortunun pomoloji təsviri, aqrobioloji xüsusiyyətləri, təbii variasiyaları, seleksiya yolu ilə alınan yeni formaları, becərilmə aqrotexnikası və çoxaldılma üsulları oxucuların diqqətinə çatdırılıb.

Yeni nəşrdə alça növünün biomüxtəlifliyi, göycə meyvələrindən hazır­lanan müxtəlif çeşidli qida məhsulları haqqında elmi məlumatlara da geniş yer verilib. Həmçinin Naxçıvan göycəsinin genetik xüsusiyyətlərinə dair aparılan elmi araşdırmalar, əldə olunmuş nəticələr və əməli təkliflər qeyd edilib, sortun iqtisadi səmərəliliyi müəyyənləşdirilib.

# 1282
avatar

Aygün İbrahimli

Oxşar yazılar