Gəncə və Ağsuya hər həftə 1500 sayğac göndərilir
14 avqust 2019 12:26 (UTC +04:00)

Gəncə və Ağsuya hər həftə 1500 sayğac göndərilir

“Azəriqaz” İstehsalat Birliyinin Gəncə və Ağsu Regional qaz istismarı İdarələrinin xidməti ərazilərində yeni nəsil smart-kart tipli qaz sayğaclarının kütləvi olaraq quraşdırılması işləri davam edir.

Qurumdan Lent.az-a daxil olan məlumata görə, uzun müddət istismarda olan və hazırda istismar müddətini başa vurmuş 115 198 ədəd məişət təyinatlı mexaniki və smart-kart tipli qaz sayğacları daha müasirləri ilə əvəz edilir.

Bununla əlaqədar olaraq hər regiona həftəlik 1500 ədəd “İtron Gallus Pay G-4 NGPP” markalı qaz sayğacı ayrılır. İstismar müddəti bitmiş qaz sayğacları təmənnasız olaraq yenisi ilə əvəzlənir və bu işlərin icrası üçün əməkdaşların çox hissəsi prosesə cəlb edilib. Yeni quraşdırılmış smart-kart tipli qaz sayğaclarının ödəniş kartlarının vətəndaşlar tərəfindən asanlıqla əldə edilməsi üçün “Azəriqaz” İB hər iki regionda rayonlar üzrə səyyar xidmət təşkil edib.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 910

Oxşar yazılar