
Erməni idmançılar “ümumerməni oyunlarına” qatılmaqdan imtina etdilər
Ermənistanda keçirilən “ümumerməni oyunları”nın bu il Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində təşkil olunmasını siyasi qərar kimi qiymətləndirən Türkiyədə yaşayan erməni idmançılar yarışlara qatılmayacaqlarını bəyan ediblər.
İdmançılar builki yarışların Yerevanda deyil, məhz Dağlıq Qarabağda keçirilməsinə öz etirazlarını bildiriblər.
Erməni Olimpiadaları İstanbul Komitəsinin rəhbərliyinin “ümumerməni oyunları”na qatılmamaq barədə qəbul etdiyi qərar Ermənistan Olimpiya Komitəsi tərəfindən etirazla qarşılanıb.
“Şişli” və “Taksimspor” klublarının ümumilikdə 300 nəfərdən ibarət heyəti təyyarə biletlərini və Yerevan otellərindəki rezervasiyalarını son anda ləğv ediblər.
Erməni Olimpiadaları İstanbul Komitəsinin sədri Haygaram Karasu bildirib ki, “ümumerməni oyunları”nın Yerevanda deyil, məhz Dağlıq Qarabağda keçirilməsi idmançıların etirazına səbəb olub. Buna görə də onlar tədbirdə iştirakdan imtina ediblər.
Tədbirin məhz Qarabağda keçirilməsini siyasi qərar kimi qiymətləndirən H.Karasu Ermənistanla Türkiyə və Azərbaycan arasında diplomatik böhrana yol açan bir bölgədə müsabiqələrin keçirilməsinin idman tədbiri deyil, siyasi seçim olduğunu qeyd edib. O deyib: “Biz Türkiyə vətəndaşıyıq və bir yolumuz var. Azərbaycanlı dostlarımızı narahat edən hər hansı bir siyasi problem varsa, biz belə tədbirdə iştirak edə bilmərik. Türkiyə vətəndaşları olaraq bizim Qarabağa getməyimizin səhv addım olacağını düşünürük”.
Qərara münasibət bildirən Azərbaycanın Türkiyədəki vitse-konsulu Ramil Qurbanov da “ümumerməni oyunları”nın açılış mərasiminin Azərbaycanın işğal altındakı torpaqlarında keçirilməsinin beynəlxalq prinsiplərə və qaydalara zidd olduğunu deyib.
Bu məsələ ilə bağlı Türkiyə mətbuatına müsahibə verən Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev Ermənistanın idmanı siyasi alətə çevirdiyini qeyd edib.
Azərbaycanın işğal altındakı torpaqlarında “ümumerməni oyunları”nın keçirilməsinin həm ölkəmiz, həm də Türkiyə baxımından qəbuledilməz olduğunu bildirən M.Hacıyev deyib: “Türkiyə Azərbaycana böyük dəstək göstərir. Türkiyədəki ermənilərin müsabiqəyə qatılmamaq barədə qərarı müsbət münasibətdir. Ancaq idmançılar istəsələr də, Qarabağdakı “oyunlar”da iştirak edə bilməzdilər. Çünki Türkiyə Xarici İşlər Nazirliyinin qadağan olunmuş ölkələrin və ərazilərin siyahısı var. Bu siyahıya əsasən Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa girişi qadağandır. Ermənistan bölgədə işğalçı ölkə mövqeyində dayanır. Oraya gedən idmançılar da qanunla cəzalandırılacaqlar. Türkiyədəki ermənilərin Ermənistanın təxribatına qarşı həssas davranmaları müsbət məqamdır. Qardaş Türkiyənin hər zaman yanımızda olduğunu görmək bizə güc verir”.
(AZƏRTAC)
Oxşar yazılar

3 güləşçimiz Avropa çempionatının finalında
30 iyun 2025 , 23:11
“Mən səni çox sevirəm” - Bellinqemin sevgilisindən doğum günü TƏBRİKİ
30 iyun 2025 , 19:46
Britaniyalı Emma Radukanu - Uimbldonun əsas ulduzlarından biridir
30 iyun 2025 , 18:19
Hazırda dünyanın ən yaxşı futbolçusu odur - YENİ SİYAHI
30 iyun 2025 , 15:56
Dünyanın ən çox qazanan 5 futbolçusu: Messi Ronaldodan uzaqdadır
30 iyun 2025 , 13:00
Premyer Liqada YENİLİK: futbolçular əvəzləndikdən dərhal sonra müsahibələr verəcək
30 iyun 2025 , 09:39
24 yaşlı Erlinq Haaland Messi və Ronaldonun rekordlarını üstələdi: nədən söhbət gedir?
29 iyun 2025 , 15:51
Lamin Yamal sevimli oyunçusunun adını çəkdi - bu, Neymar və Messi deyil
29 iyun 2025 , 14:02