
Hamilələrdə yüksək təzyiq: Bu əlamətlər varsa...
Yüksək təzyiq həmişə önəmli sağlamlıq problemlidir, amma hamiləlik zamanı müşahidəsi daha ciddi problemlərə yol aça bilər. Ona görə də bu dövrdə daha təzyiqə çox diqqət edilməlidir. Bunu ginekoloq, uzman həkim Rəxşəndə Aslanova deyib.
Həkim bildirib ki, müxtəlif problemləri özü ilə paralel gətirən təzyiq preeklamsiya adlanan xəstəliyin səbəbi ola bilər: “Əgər hamiləlikdə tez-tez təzyiqiniz yüksəlirsə, həkiminizə müraciət edin. Döl qida və oksigeni anadan alır. Qan təzyiqi yüksək olduqda, ciftə kifayət qədər qan axımı olmur, bu, onun ehtiyac duyduğu qida və oksigeni almamasına gətirir və nəticədə körpənin ana bətnindəki inkişafı axsayır”.
Həkimin sözlərinə görə, hamilələrdə yüksək təzyiq 2 şəkildə olur:
Xroniki hipertoniya (hamiləliklə bağlı olmayıb daha öncə də müşahidə olunub və hamiləlikdən sonra da müşahidə olunacaq)
Gestational təzyiq (hamiləliklə bağlı olub, hamiləliyin 2-ci yarısında əmələ gəlir və hamiləlik bitdikdən sonra normallaşır). Gestational təzyiq vaxtında müalicə olunmayanda preeklamsiyaya gətirib çıxarır.
Preeklamsiyanın simptomları isə aşağıdakılardır:
Şiddətli baş ağrısı
Sürətli çəki artımı
Əllərdə və üzdə şişkinlik
Görmə qabiliyyətinin zəifləməsi
Mütəxəssis vurğulayıb ki, preeklamsiya keçirən hamilənin hər zaman nəzarət altında olması lazımdır: “Bunun üçün ən yaxşı çıxış yolu pasientin klinikaya yatırılması ola bilər. Belə ki, xəstəlik körpənin vaxtından tez doğulmasına səbəb ola bilər. Belə pasientlərin böyrək problemləri varsa, bunu mütləq həkimlərinə bildirməli, tez-tez təzyiqlərini ölçməli və şəkillərini kontrol altında saxlamalıdırlar”
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33
“Sputnik Azərbaycan” Mətbuat Şurasında MÜZAKİRƏ EDİLDİ
14 iyul 2025 , 16:21