Rejissor Hüseyn Seyidzadənin xatirə otağının açılışı olub
02 avqust 2019 12:57 (UTC +04:00)

Rejissor Hüseyn Seyidzadənin xatirə otağının açılışı olub

 
 
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin xatirə otağının açılış mərasimi keçirilib.
 
APA-nın məlumatına görə, “Azərbaycanfilm” kinostudiyasında baş tutan mərasimdə tanınmış kinorejissorlar Oqtay Mirqasımov, Ayaz Salayev,  eləcə də kino xadimləri iştirak edib.
 
Qeyd edək ki, Hüseyn Seyidzadə Azərbaycan kino tarixində ilk rəngli bədii filmin müəllifidir.
# 922
avatar

Oxşar yazılar