
ABŞ-da iri İT şirkətləri ilə bağlı araşdırmalara başlanıldı
ABŞ Ədliyyə Nazirliyi iri informasiya texnologiyaları (İT) şirkətləri ilə bağlı antiinhisar təhqiqatına başlayıb. Məlumat dərc edildikdən sonra "Alphabet" (Google şirkətinin sahibi), "Amazon" və "Facebook" şirkətlərinin səhmləri ucuzlaşmağa başlayıb.
Lent.az "ictnews"a istinadla xəbər verir ki, nazirliyin rəsmi məlumatında konkret şirkətlər – araşdırmanın fiqurantları göstərilməsə də, internet axtarışı, sosial şəbəkələr və internet ticarəti bazarlarında dominantlıq edən böyük platformaların fəaliyyətinin təhqiqatı ilə bağlı planlar qeyd olunur.
Ədliyyə Nazirliyi nümayəndələrinin fikrincə, onlar rəqabəti məhdudlaşdırır, innovasiyaların inkişafına mane olur və istifadəçi maraqlarına zidd fəaliyyət göstərirlər.
"Bazar rəqabətinə təsirli intizam olmadan rəqəmli platformalar istehlakçıların tələblərinə cavab verməyən üsullarla fəaliyyət göstərə bilərlər. Nazirliyin antiinhisar təhqiqatı bu vacib məsələləri öyrənəcək", – Ədliyyə Nazirliyinin antiinhisar bölməsinin rəhbəri, Baş prokurorun müavini Məkan Delrəhim rəsmi bəyanatda bildirib.
Qeyd edək ki, son vaxtlar həm Respublikaçılar, həm də Demokratlar partiyalarının siyasətçiləri "Google", "Facebook" və "Amazon" şirkətlərinin iqtisadiyyatın özlərinə aid sahələrində artan təsirindən, nəzarətlərində olan böyük istifadəçi məlumatlarının saxlanılmasından narahatlıq ifadə edirlər.
Oxşar yazılar

AI-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə mindi
19 iyul 2025 , 06:05
İsrail və Suriya atəşkəs barədə razılığa gəldi
19 iyul 2025 , 03:16
Ankarada leysan fəsadlar törətdi
18 iyul 2025 , 23:48
56 yaşlı ekstremal idmançı faciəvi şəkildə öldü
18 iyul 2025 , 18:03
Makqreqor bu müğənniyə cinsi orqanının şəklini göndərdi
18 iyul 2025 , 16:21
Səhvən lotereya bileti aldı, 2 milyon uddu
18 iyul 2025 , 13:18
Yeni qan qrupu TAPILDI: yalnız bir nəfərdə var
18 iyul 2025 , 10:44
Suriya lideri Dəməşqi tərk etdi
18 iyul 2025 , 05:38