Bill Qeyts: Süni intellekt  1 milyard insanı  öldürəcək hadisələrə yol aça bilər
25 sentyabr 2026 21:23 (UTC +04:00)

Bill Qeyts: Süni intellekt 1 milyard insanı öldürəcək hadisələrə yol aça bilər

0

“Microsoft”un qurucusu Bill Qeyts süni intellekt texnologiyalarından bədniyyətli insanların istifadə etməsinin son dərəcə ağır nəticələrə səbəb ola biləcəyini bildirib.

Lent.az xəbər verir ki, Qeyts NBC telekanalına müsahibəsində süni intellektin potensial risklərindən danışıb.

“Süni intellekt, şübhəsiz ki, bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri törətmək üçün kifayət qədər gücə malikdir”, – o bildirib.

Qeyts bunu süni intellekt texnologiyalarının “pis niyyətli” insanların əlinə keçməsi ehtimalı ilə əlaqələndirib.

O, sentyabrın 15-də “The Times” qəzetinin podkastında süni intellektə nəzarət edəcək beynəlxalq təşkilatın yaradılmasının tərəfdarı olduğunu da bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar