Sosial şəbəkələr <span style="color:red;">ÇÖKDÜ  - <span style="color:red;">YENİLƏNİB
17 iyul 2019 17:37 (UTC +04:00)

Sosial şəbəkələr ÇÖKDÜ - YENİLƏNİB

Sosial şəbəkələrdə yaranmış problem Azərbaycanla bərabər, Türkiyə, Gürcüstan, Rusiya, Kolumbiya, Braziliya, Yunanıstan və bir çox əksər ölkələrdə də yaşanıb.

Lent.az məlumat verir ki, hazırda sosial şəbəkədə problem davam edir. Belə ki, giriş bərpa olunsa da, bir müddət sonra yenidən problem yaranır.

Məlumat üçün bildirək ki, şəbəkələrdə yaranmış sözügedən problemlə əlaqədar downdetector.com saytına 17.07.2019-cu il tarixdə saat 17:00-dək rəsmi olaraq (Facebook-163, İnstagram -27, WhatsApp-15) ümumilikdə 205 şikayət daxil olub.

Qeyd edək ki, problemlə bağlı hələ də rəsmi məlumat açıqlanmayıb.

***

16:29

Bu dəqiqələrdə “İnstagram”, “Facebook” və "WhatsApp"ın işində problem yaranıb.

Lent.az xəbər verir ki, izləyicilər "İnstagram" və "Facebook"a daxil ola bilmirlər,  "WhatsApp"da isə yazılan mesajlar gec gedir.
 
Ətraflı məlumat veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1457

Oxşar yazılar