Azərbaycanda kişi  hamilə arvadını   döydü, uşaq öldü -   VİDEO
06 oktyabr 2026 23:39 (UTC +04:00)

Azərbaycanda kişi hamilə arvadını döydü, uşaq öldü - VİDEO

1

Azərbaycanda kişi hamilə arvadını döyüb. 

Lent.az xəbər verir ki, bu barədə ginekoloq Şəfəq Kamilova məlumat paylaşıb. 

O qeyd edib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra hamilə qalan xanım evdə əri tərəfindən döyülüb. 

Nəticədə qadında qopma nəticəsində qanaxma baş verib. O başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib. 

Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib: 

"Nə qədər çalışsam da qadını abortdan yayındıra bilmədim. Çox arzuolunan bir hamiləlik ailə münaqişəsinə qurban getdi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 400

Oxşar yazılar