
Dənizdə və hovuzlarda gözləri belə qoruyun
Yay mövsümü olduğuna görə, dənizə, hovuzlara üz tutanlar həddən artıq çoxdur. Dəniz və hovuzlar sağlamlığımız üçün nə qədər faydalı olsa da, virus və infeksiyaların yayılması baxımından yoluxdurucu mənbələr də hesab olunur. Mütəxəssislər hesab edir ki, həm dəniz, həm də hovuz suyundan ən çox gözlərimizə təhlükəli infeksiyalar keçə bilər. Dəniz suyunun təbii olduğunu, ziyanının olmayacağını düşünüb üzərkən, suya baş vurarkən gözləri açıq saxlamaq olmaz. Düşünülənlərin əksinə olaraq, dəniz suyu gözlər üçün faydalı deyil, əksinə gözləri qurudur, qızartı, yanma hissi yaradır. Həmçinin infeksiya yaranmasına səbəb ola bilər.
Əgər kontakt linza istifadə edirsinizsə, dənizə, hovuza linzanı çıxararaq girin, gözünüzdə linza ola-ola suya girmisinizsə, həmin linzanı bir daha istifadə etməyin.
Mütəxəssislər qeyd edir ki, hovuz suyunun təmizlənməsi üçün istifadə olunan maddələr də gözə toksiki təsir edir. Qaşıntı, yanma, qızartı hissi varsa, deməli bu maddələrin təsirindən allergiyaya yaranıb.
Bildirilir ki, çox ciddi yoluxucu göz xəstəlikləri ən çox da hovuzlardan yoluxur. Bu infeksiyalar bir neçə həftə, bəzən isə aylarla davam edir, fəsadlara səbəb olur.
Ona görə də dənizdə və hovuzda üzərkən, suya baş vurarkən gözləri yummaq tövsiyə olunur.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16