Azərbaycanlı müğənni qızının hicabından danışdı:<span style="color:red;"> "Söz-söhbət yarandı"
03 iyul 2019 15:38 (UTC +04:00)

Azərbaycanlı müğənni qızının hicabından danışdı: "Söz-söhbət yarandı"

Əməkdar artist Firuzə İbadova qızı Hülyanın hicab bağlayıb, sonra açmasından danışıb.

Lent.az-ın məlumatına görə, o, "Olduğu kimi" verilişində deyib ki, qızının başını bağlaması, daha sonra açması müzakirə olunub: "Övladımın hicabla şəkli qoyuldu, söz-söhbət yarandı. Ziyarətə gedəndə əhd etdi ki, bir neçə  ay  hicab bağlayacaq. Qızım da ziyarətdən gəldi və 40 gün hicabda qaldı.Bir gün konsertə getdik, orada şəklini  çəkib yaydılar. Həmin vaxt hicabını açmışdı. Bu yaxınlarda yenə qızımın hicablı şəklini yayıb, yazdılar ki, başını açıb Avropaya getdi. Belə bir şey olmayıb".

Qeyd edək ki, F.İbadovanın qızı Hülya Kanadada yaşayan bəylə ailə qurub, boşanıb. Onun bu evlilikdən Hökümə adlı qızı var.

 

# 1085
avatar

Yalçın UĞUR

Oxşar yazılar