
Ali məktəblərə və 11 illik bazadan kolleclərə ərizə qəbulunun vaxtı uzadıldı
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı iyunun 12-si saat 23:59-dək uzadılıb.
APA-nın xəbərinə görə, iyunun 11-i saat 12:53-ə olan məlumata əsasən, I-IV ixtisas qrupları üzrə yay imtahanında iştirak üçün 50 382 (46 245 Azərbaycan bölməsi, 4 137 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.
Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi mayın 30-dan iyunun 10-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün yenidən aktiv edilib:
Elektron ərizələrində ali təhsil müəssisələrinin I‑IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda, göstərilən tarixlərdə qeydiyyatdan keçməlidirlər.
Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrinə əlavə etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.
Buraxılış imtahanını vermiş, lakin 15 mart – 15 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (yalnız cari ilin məzunları) ərizələrini doldurub təsdiq etməklə ali təhsil müəssisələrinin I-IV, V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. V ixtisas qrupu və kolleclərə aid bəndi elektron ərizələrində qeyd etmək istəyənlər tələb olunan müsabiqə şərtlərini (V ixtisas qrupu, kollec) ödəməlidirlər.
Qeyd 1: Qəbul imtahanının I mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyənlər müsabiqəyə buraxılmırlar.
Qeyd 2: Dövlət dili kimi “Azərbaycan dili” fənni üzrə keçirilən imtahandan “qeyri-məqbul” qiymət alanlar müsabiqəyə buraxılmırlar.
Oxşar yazılar

Vanqadan 2025-ci il üçün ən dəhşətli PROQNOZ: söhbət nədən gedir?
5 iyul 2025 , 20:15
Dioqo və Rute 13 il birlikdə idilər: Jotanın sevgi hekayəsi
5 iyul 2025 , 18:59
İyulda cekpot bu BÜRCLƏRİN olacaq
5 iyul 2025 , 18:40
Rusiyada həbsdəki qardaşıma zəruri dərman ötürülməsinə icazə verilib - Seyfəddin Hüseynli
5 iyul 2025 , 17:46
İyul ayında qartopu oynadılar: Görünməmiş bir şey yaşadılar -FOTOLENT
5 iyul 2025 , 15:06
Sabahın tibbi-meteoroloji PROQNOZU
5 iyul 2025 , 14:45Dünyada İLK: Qadın süni intellektlə hamilə qaldı
5 iyul 2025 , 14:27
Sabah da çimərlik havası olmayacaq - PROQNOZ
5 iyul 2025 , 13:43