Bazar gününün HAVA PROQNOZU açıqlandı
01 iyun 2019 13:36 (UTC +04:00)

Bazar gününün HAVA PROQNOZU açıqlandı

Ölkə ərazisində bazar günü müşahidə olunacaq hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, iyunun 2-də Bakıda və Abşeron yarımadasında
günəşli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu gecə 20-22° isti, gündüz 28-33° isti olacaq. 
 
Bakıda gecə 20-22° isti, gündüz  30-32° isti təşkil edəcək. Atmosfer  təzyiqi 762 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət  gecə 60-70 %, gündüz 35-45% olacaq. 
 
Rayonlarda da əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman. Qərb küləyi gündüz arabir  güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz  31-36° isti, dağlarda gecə 12-17° isti,  gündüz 20-25°  isti təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 946

Oxşar yazılar