1214
11:34
23 May 2019

Mədətovdan qızının soyadını dəyişməsinə münasibət: "Dəyişə bilməz"

Azərbaycanlı prodüser Anar Mədətovun qızı Ayişə sosial şəbəkədəki profilində ata soyadını dəyişib. Lent.az -ın məlumatına görə, prodüserin qızı soyadını “Emreli” yazıb.

Qeyd edək ki, A.Mədətovun oğlu, Azərbaycan milli komandasının və “Qarabağ” klubunun üzvü Mahir Mədətov da ata soyadından və adından imtina edib. O, buna səbəb kimi atasının anasını boşaması və yenidən ailə həyatı qurmasını göstərib.

A.Mədətov qızının soyadını dəyişməsi xəbərinə Lent.az vasitəsi ilə münasibət bildirib: “Qızım soyadını dəyişə bilməz. Çünki xaricdə təhsil alır. İnstaqramda dəyişə bilər, çünki anası məcbur edə bilər. Mən bilirəm ki, sabah onların yanında olmasam, Mahirin bacısı kimi dayağı var. Mahir də bacısına dayaqdır".