370
18:52
28 Mart 2019

Fransa səfirinin diplomatik missiyası başa çatır

Fransanın Azərbaycandakı səfiri Aureliya Buşezin diplomatik missiyası iyulun sonunda başa çatır.
Bunu ONA -ya açıqlamasında Fransa Səfirliyinin əməkdaşlıq və mədəniyyət məsələləri üzrə müşaviri Yohan Şitterer deyib. Onun sözlərinə görə, yeni səfir sentyabr ayında fəaliyyətə başlayacaq.
Yeni səfirin adı hələlik məlum deyil.