498
12:34
18 Mart 2019

Elnur aparıcılara SÖZ ATDI: "Jurnalistlikdən xəbərləri yoxdur"

Müğənni Elnur Məmmədov efirlərə çıxmamağının səbəbini açıqlayıb.

Lent.az -ın məlumatına görə, bu gün “Şou ATV” verilişinə qonaq olan ifaçı bildirib ki, xeyli vaxtdır efirdən uzaq düşüb: “Düz iki ilə yaxındır ki, heç bir bayram çəkilişlərinə də qatılmıram. Hər verilişə də getmirəm. Allahdan hər zaman arzu edirəm ki, kiminsə qəlbinə dəyməyim. Verilişlərə getməməyimin səbəbi də odur ki, indi elə aparıcılar var, jurnalistlikdən xəbərləri yoxdur”.