
Əhali pullarını ən çox nəyə xərcləyir?
2019-cu ilin yanvar-fevral aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,6 faiz üstələyərək 5,5 milyard manata bərabər olub.
Lent.az-ın Trend-ə isinadən məlumatına görə, ticarət dövriyyəsinin 2,8 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-fevral aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,0 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,7 faizi ərzaq məhsullarının, 5,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-fevral aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,2 faizi ticarət müəssisələri, 49,6 faizi fərdi sahibkarlar tərəfindən, 31,2 faizi isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 30,1 faiz artıb, fərdi sahibkarlar üzrə 1,4 faiz, bazar və yarmarkalarda 3,6 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 279,4 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 7,8 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ay ərzində 140,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08