174
14:50
28 İyun 2018

Tanınmaz hala qalan meyxanaçı danışdı: "Nə işiniz var mənimlə?"

Səhhətində yaranan problemlərə görə efirlərdən uzaq düşən meyxanaçı Aydın Xırdalanlı “Səhər-səhər” verilişinə danışıb. Lent.az -ın məlumatına görə, söz ustası son günlər gündəmdən düşməyən arıqlama xəbərlərinə münasibət bildirib: “Həmişə gülürəm, amma birdən adam elə əsəbiləşir ki... Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm, keçdim. Bir dəfə də çəkdilər, yenə güldüm, keçdim. Ondan qabaq da arıqlamışdım da. Onun heç söhbətini etmədilər. Kökəldim, hətta toyda nə otura, nə nəfəs ala bilirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm. Qoy oturmuşuq da, nə işiniz var mənimlə? 67–77 kiloqram arasında olmuşam adətən. Dişlərim xarab oldu, mən də o protezi taxa bilmədiyim üçün, yemək həvəsindən düşürəm. Diş əkdirməyi düşünürəm. Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm uzatmayın... Bu mənim şəxsi həyatımdır”.