144
14:26
06 İyun 2018

Azərbaycanın Müdafiə naziri Kızıl şəhərində səfərdədir

Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Tıva Respublikasının Kızıl şəhərinə gəlib. Lent.az -ın MN-nin saytına istinadən verdiyi məlumata görə, tədbirdə iştirak edən müdafiə nazirləri Tıvanın Aldan-Maadır milli muzeyini, “Asiyanın mərkəzi” adlı memarlıq kompleksini ziyarət edərək müxtəlif ekspozisiyalarla tanış olublar.