Hollivud ulduzu kinodan gedir
24 aprel 2018 06:03 (UTC +04:00)

Hollivud ulduzu kinodan gedir

Hollivudun 54 yaşlı aktyor, rejissor və prodüseri Nikolas Keyc kino karyerasını bitirmək niyyətində olduğunu bildirib.

 

Lent.az-ın “Report”a istinadən xəbərinə görə, aktyor diqqətini rejissorluğa yönəltmək fikrindədir.

 

Bununla belə, Keyc qeyd edib ki, o, hələ 3-4 il filmlərə çəkiləcək.

 

"Hazırda mən əsasən aktyor kimi işləyirəm və hələ 3-4 ilə bununla məşğul olacağam, sonra isə diqqətimi rejissorluğa yönəldəcəyəm", – deyə artist NME portalına bildirib.

 

Aktyor hazırda müxtəlif studiyaların 6 layihəsində iştirak edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar