
Aygün Kazımova səhər tezdən Faiqə mesajlar yazır
0
0
Xalq artistləri Faiq Ağayevlə Aygün Kazımova birlikdə kamera qarşısına keçib.
Faiq “Xəzər maqazin”də Aygünün hər gün ona mesaj yazdığını deyib. Müğənni həmkarının onu tezdən yuxudan oyatmasından şikayətlənib:
“Səhər açılanda müxtəlif dillərdə mənə “sabahın xeyir” yazır. Mən də ona yazıram ki, “az, yenə xortlamısan, səhər saat 7-dir”. Bir də yeni mahnılarımızı bir-birimizə göndəririk”.
A.Kazımova illər əvvəl planlaşdırdıqları duetlərinin hələ də gerçəkləşməmə səbəbini açıqlayıb:
“Tək problemimiz mahnıdır. Yaxşı mahnı olsa, oxuyacağıq”.
axşam.az
0
0