<b>Şou-biznesdə daha bir barışıq - <span style="color:red;">İLLƏR SONRA</b>
29 mart 2018 16:32 (UTC +04:00)

Şou-biznesdə daha bir barışıq - İLLƏR SONRA

 

 

Şou-biznesdə daha bir barışıq baş tutub. Lent.az-ın məlumatına görə, illərdir küsülü olan müğənni Roza Zərgərli ilə prodüser Tolik ( Tarix Əliyev ) barışıb. Prodüser bu gün “Hər şey daxil” verilişində R.Zərgərlini ad günü münasibəti ilə təbrik edib.

 

Qeyd edək ki, Tolik Roza ilə qalmaqal yaşayan zaman bu sözləri demişdi: “Mənim Rozayla heç bir problemim yoxdur. Belə də problem olsa, guya nə olacaq ki? Bir fakt var, Azərbaycanımızın ən ucqar rayonuna belə getsək, “Aygün Kazımova” desək, hamı tanıyacaq. Görəsən, “Roza Zərgərli” desək, kim tanıyar? Özünə “Qara dama” titulu vermək olar. Amma hər müğənni xalq artisti ola bilməz”.

 

Prodüserin həmin vaxt dediyi sözlərə R.Zərgərlinin də cavabı gecikməmişdi: “Şou-biznesdə qalmaqal dəbə düşdü. Mən Aygün Kazımova ilə mübahisə etdikdən sonra müğənnilər bir-biri ilə dalaşmağa başlayıb. Ətlə dırnağın arasına girən iylənib çıxar. Bizim qalmaqalımıza üçüncü şəxs niyə müdaxilə etməlidir? Tolik gedib öz çalışdığı ifaçılara baxsın. Elnur Hüseynov kimi böyük səsə söz atırlar. Azərbaycanda Elnur kimi səs var. Amma bu “S Twins” (Sevil və Sevinc bacıları - red.) qrupu deyil. Tolikin mənə nəsə deməyə haqqı yoxdur. Onun hal-hazırda işlədiyi əkizləri mən səhnəyə çıxarmışam və məşhur etmişəm. Mən tək ifaçı yox, həm də prodüserəm. 6 ay ərzində tanınmayan iki qızı məşhurlaşdırmışam. Ona görə də Tolik Roza Zərgərli adı qarşısında bir az ehtiyatlı olsun”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar