<b>Pakistanda kollecə hücum: 59 ölü, 100 yaralı</b> - <span style="color:red;">YENİLƏNİB-3
25 oktyabr 2016 05:05 (UTC +04:00)

Pakistanda kollecə hücum: 59 ölü, 100 yaralı - YENİLƏNİB-3

Pakistanın Kvetta şəhərində (Bəlucistan əyaləti) silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 59-a çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat verib.

 

“Dawn” qəzetinin məlumatına əsasən, hadisə nəticəsində kollecin 100-dək tələbəsi yaralanıb və ya xəsarət alıb.

 

 

***

 

Pakistanın Kvetta şəhərində naməlum silahlıların polis kollecinə hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb.

 

APA-nın xəbərinə görə, bu barədə The Assosiated Press (AP) tibbi mənbələrə istinadən məlumat verib

 

Məlumata əsasən, Xəsarət alanların sayı 100-dən artıq ola bilər.

 

“Hücum üzərilərində “şəhid kəməri” olan 3 terrorçu tərəfindən həyata keçirilib. Onlardan ikisi partlayıcı qurğunu işə salıb. Daha bir terrorçunu hərbçilər məhv edib. Əldə etdiyimiz məlumata görə, hücum zamanı silahlılar daim Əfqanıstandakı təlimatçıları ilə əlaqədə olublar”, deyə Pakistan ordusunun nümayəndəsi bildirib.

 

“Sinxua” agentliyinin xəbərinə görə, kollecdə silahlılara qarşı əməliyyat başa çatıb.

 

***

 

Pakistanın Kvetta şəhərində naməlum silahlıların polis kollecinə hücumu nəticəsində 2 polis əməkdaşı ölüb, 51 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, polis əməkdaşları silahlılarla bir saat davam edən atışma zamanı həyatlarını itiriblər.

 

İlkin məlumata əsasən, terrorçulardan 3-ü məhv edilib, girov götürülən kursantların hamısı xüsusi əməliyyat nəticəsində azad edilib.

 

Kvetta şəhərinin xəstəxanalarına azı 51 nəfər çatdırılıb. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir. 

 

***

 

Pakistanın Kvetta şəhərində naməlum silahlıların polis kollecinə hücumu nəticəsində 25 nəfər yaralanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 5-in güllə yarası aldığı, 1-in ağır vəziyyətdə olduğu bildirilir.

 

Girov götürülənlərin dəqiq sayı məlum deyil. Hücum zamanı kollecdə 200 kursantın olduğu təxmin edilir. Kollecin binasında iki partlayış baş verib, atəş səsləri eşidilir. Hadisə yerinə ordu qüvvələri və hərbi helikopterlər cəlb olunub.

 

***

 

Pakistanın Kvetta şəhərində naməlum silahlılar polis kollecinə hücum edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

 

Hadisə nəticəsində 200 kursantın girov götürüldüyü bildirilir.

 

Silahlılar və kollecin mühafizəçiləri arasında atışma baş verib. Hadisə nəticəsində 7 nəfərin yaralandığı qeyd olunur.

 

Məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

 

# 220
avatar

Oxşar yazılar