Çində torpaq sürüşməsi: 26 itkin
29 sentyabr 2016 06:34 (UTC +04:00)

Çində torpaq sürüşməsi: 26 itkin

 

Çinin Çetzyan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində 26 nəfər itkin düşüb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 15 nəfəri xilas etmək mümkün olub.

 

Torpaq sürüşməsinə “Meqi” qasırğasının yaratdığı leysan yağışlar səbəb olub. Əyalətdə 20 ev torpaq altında qaldığı bildirilir. Bölgədə xilasetmə və axtarış tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar