Sentyabrın 18-də saat 23:20 radələrində Cəlilabad rayonunun Məlikqasımlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində qabaqlayıcı əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2 kq 800 qram narkotik maddə olan tiryəki İrandan Azərbaycana gətirmək istəyərkən İran İslam Respublikasının vətəndaşı Hidayi Səid Səxavət yaxalanıb. Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucusu ilə cinayət əlaqəsində olan Cəlilabad rayon sakini Niftullayev Əhəd Ədalət oğlu narkotik maddəni ondan qəbul edərkən saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.