Bakıda "Mercedes"in güzgüsünü və buferini oğurladılar
19 iyun 2016 13:56 (UTC +04:00)

Bakıda "Mercedes"in güzgüsünü və buferini oğurladılar

Bakıda avtomobildən oğurluq edilib. Lent.az-ın məlumatına görə, 6-cı mikrorayon Şövkət Məmmədova küçəsində Əhliman Hüseynova məxsus "Mercedes" markalı avtomobilin sağ yan güzgüsü və buferi naməlum şəxs tərəfindən oğurlanıb. 

 

7-ci Polis Bölməsinə müraciət edən Ə.Hüseynov hadisənin gecə saatlarında baş verdiyini bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 347

Oxşar yazılar