Hidayət Heydərov ipponla yarımfinalda!  -YENİLƏNİB
29 iyul 2024 15:37 (UTC +04:00)

Hidayət Heydərov ipponla yarımfinalda! -YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisinin üzvü Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz kanadalı Artur Margelidon ilə qarşılaşıb.

Əlavə vaxtda ipponla rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.

 

***

14:40

 

Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, millimizin lideri Hidayət Heydərov 73 kq çəkidə İsrail təmsilçisi Butbul Toharla üz-üzə gəlib.

Qızıl xal bölümündə rəqibini cərimə xalları hesabına məğlub edən Heydərov 1/4 finala yüksəlib.

Qeyd edək ki, Azərbaycan cüdo millisi Olimpiadaya 9 idmançı ilə yollanıb. Onlardan dördü yarışın ilk iki günündə çıxışını başa vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1422
avatar

Oxşar yazılar