Sabah parlamentdə Kamran Əliyevin   məsələsinə baxılacaq
30 aprel 2025 18:27 (UTC +04:00)

Sabah parlamentdə Kamran Əliyevin məsələsinə baxılacaq

Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə dəyişiklik edilib.

Lent.az-ın xəbərinə görə, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin qərarı haqqında" məsələ daxil edilib.

Qeyd edək ki, "Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycanın baş prokurorunun, Azərbaycanın hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 2020-ci il mayın 1-də Baş prokuror təyin edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycanın baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar