Kuban Respublikasında 52 yaşlı kişi və onun 26 yaşlı oğlu fahişələrlə əxlaqsızlıq yuvası təşkil etməkdə şübhəli bilinirlər.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə şəhər tipli Sirius qəsəbəsində baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları fahişəliyi təşkil etməkdə və cəlb etməkdə şübhəli bilinən ata-oğulu saxlayıb. Müəyyən edilib ki, onlar pul müqabilində intim xidmət göstərmək istəyən qızları internet vasitəsilə tapıb, onlara müştərilər də seçiblər.
Qanunsuz fəaliyyət üçün cinayətkarlar Siriusda üç mərtəbəli ev kirayələyiblər. Daxil olan vəsait təşkilatçılar və iştirakçılar arasında bölüşdürülüb.
Hadisə ilə bağlı cinayət işi açılıb. Hər iki təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Qanunsuz fəaliyyətin iştirakçıları müəyyən edilərək inzibati məsuliyyətə cəlb ediliblər.