Cahangir Hacıyevin şəriki ilə bağlı ŞOK FAKTLAR:  600 milyon dollar...
30 aprel 2025 15:32 (UTC +04:00)

Cahangir Hacıyevin şəriki ilə bağlı ŞOK FAKTLAR: 600 milyon dollar...

Rusiya Federasiyasının Baş Prokurorluğu və Mərkəzi Bankı fərari ukraynalı siyasətçi Taras Kozak barəsində cinayət işi qaldıra bilər.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, Honq-Konq və Dubaydakı ofşor şirkətlər zənciri vasitəsilə Moskva Kredit Bankından çıxarılan, sonradan Türkiyədə vəsaitlərin leqallaşdırılması ilə külli miqdarda– 600 milyon dollardan çox pulun yuyulmasında şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, Kozakın əsas şəriki Böyük Britaniya pasportuna sahib azərbaycanlı iş adamı Fuad Hüseynli olub. O, artıq 2023-cü ilin mart ayında Moskvanın Basmannı məhkəməsi tərəfindən başqa bir iş üzrə – Azərbaycan Beynəlxalq Bankından 4,3 milyon dollar və 233 milyon rubl (təxminən 4 milyon 819 min manat) məbləğində vəsaitin mənimsənilməsinə görə məhkum edilib. Hüseynli öz günahını tam etiraf edib, banka dəymiş ziyanı ödəyib və nəticədə bir il yarım müddətinə azadlıqdan məhrum olunub. Bununla belə, Hüseynlinin hələ də Azərbaycandakı banklar qarşısında ödənilməmiş borcları qalır və o, respublikada axtarışdadır.

Taras Kozakın özü isə hazırda Ukraynada vətənə xəyanət ittihamı ilə axtarışdadır. Onun adı uzun müddətdir ki, kölgə maliyyə sxemləri və ofşor strukturlarla hallanır.

Qeyd edək ki, Fuad Hüseynlinin adı Azərbaycan Beynəlxalq Bankı işində hallanır. Belə ki, şahidlərin məhkəmədə verdiyi ifadəyə əsasən, Qazaxıstanda yaradılan şirkətdə Fuad Hüseynli və bankın idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev şərik olublar.

Taras Kozak

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1232

Oxşar yazılar