Hərbçi 5 aylıq hamilə  olan arvadını maşınla əzib öldürdü
30 aprel 2025 18:06 (UTC +04:00)

Hərbçi 5 aylıq hamilə olan arvadını maşınla əzib öldürdü

Türkiyədə məzuniyyətdə olan hərbçi hamilə arvadını avtomobillə vurub öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kilis rayonunun Musabəyli qəsəbəsində qeydə alınıb.

Məzuniyyətdə olan hərbçi 23 yaşlı M.D. avtomobili geriyə sürərkən 5 aylıq hamilə olan arvadı 20 yaşlı Afra Dağcını görməyərək əzib. Hadisə yerinə gələn həkimlər qadının öldüyünü müəyyən ediblər.

Hərbçi isə saxlanılıb və faktla bağlı cinayət işi başlanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar