Binadan yıxılan uşaq sağ qaldı
30 aprel 2025 13:12 (UTC +04:00)

Binadan yıxılan uşaq sağ qaldı

Rusiyanın Sverdlovsk vilayətində azyaşlı beşinci mərtəbədən yıxılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Nijni Tagil şəhəri, Vısoqorskaya küçəsində baş verib. Üç yaşlı uşaq beşinci mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. 

Hadisə yerinə təcili yardım çağırılıb.

Xoşbəxtlikdən uşağın yalnız barmağı zədələnib. O, yumşaq toxumaların əzilməsi, sıyrılması və qorxu ilə xilas olub. Həkimlərin sözlərinə görə, onun daxili orqanları yaxşıdır, hətta beyin silkələnməsi də yoxdur. 

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə şəraitini araşdırır. İlkin məlumata görə, oğlanın valideynləri hadisə zamanı sərxoş olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 362

Oxşar yazılar