İlin hansı mövsümündə saçlar daha çox tökülür?
30 aprel 2025 11:38 (UTC +04:00)

İlin hansı mövsümündə saçlar daha çox tökülür?

Saç tökülməsi geniş yayılmış bir problemdir və insanları ciddi narahat edə bilər. Bu prosesə təsir edən bir çox amil var və onların arasında mövsüm də xüsusi yer tutur.

Lent.az ən çox saçın töküldüyü mövsümü sizə təqdim edir:

Hər mövsümdə saç tökülməsi olurmu?
Saç tökülməsi xüsusilə qadınlar üçün daha ağrılı qarşılanır, çünki onların saçları adətən uzun olur və dəyişikliklər daha nəzərəçarpıcı olur. Lakin kişilər də bu problemdən əziyyət çəkir.

Bu vəziyyət təsadüfi deyil — bunun bioloji izahı var.
İnsan orqanizmi, ətraf mühitə uyğunlaşmaq üçün daim dəyişikliklərə məruz qalır və bu baxımdan biz heyvanlardan çox da fərqlənmirik.

Saçlar ən çox baharda tökülür!
Bahar fəslində saç tökülməsi tamamilə təbiidir və narahatlığa səbəb olmamalıdır. Bu, fəsil dəyişiklikləri nəticəsində baş verən saç dövrünün dəyişməsi ilə bağlıdır. Baharda saç follikulları daha çox telogen fazaya (istirahət və tökülmə mərhələsi) keçir. Bu, bədənin işıq, temperatur və digər ətraf mühit dəyişikliklərinə uyğunlaşmaq cəhdinin bir hissəsidir.

Baharda saç tökülməsinə təsir edən əlavə amillər
Hormon dəyişiklikləri:

Baharda günəş işığının intensivliyi artır və bu, melatonin hormonunun istehsalına təsir edə bilər. Melatonin isə saç dövrüsünü tənzimləyən hormonlardan biridir.

İqlim dəyişiklikləri:
Bahar həm də temperatur və rütubət dəyişikliyi gətirir, bədən buna uyğunlaşmağa çalışır və bu da saçların tökülməsini sürətləndirə bilər.

Diqqət:
Əgər saç tökülməsi uzun müddət davam edirsə və ya həddən artıq güclüdürsə, mütləq mütəxəssisə müraciət etmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1274

Oxşar yazılar

Üz maskalarının bilinməyən tərəfləri

Üz maskalarının bilinməyən tərəfləri

18 iyun 2025 , 18:06
Hər zaman dəbdə olan  ən yaxşı 5 dırnaq rəngi

Hər zaman dəbdə olan ən yaxşı 5 dırnaq rəngi

15 iyun 2025 , 18:04
Milyonlara satılan dünyanın ən bahalı  3 çantası

Milyonlara satılan dünyanın ən bahalı 3 çantası

14 iyun 2025 , 17:27
Bu  günəş eynəkləri   hətta "lüks" obrazı belə korlayır

Bu günəş eynəkləri hətta "lüks" obrazı belə korlayır

13 iyun 2025 , 13:53
Makiyaj zamanı edilən məşhur səhv  göz quruluğuna səbəb ola bilər

Makiyaj zamanı edilən məşhur səhv göz quruluğuna səbəb ola bilər

13 iyun 2025 , 12:32
Victorias Secret  müflis olmaq üzrədir

Victorias Secret müflis olmaq üzrədir

13 iyun 2025 , 09:39
Makiyaj zamanı  etdiyimiz SƏHVLƏR

Makiyaj zamanı etdiyimiz SƏHVLƏR

11 iyun 2025 , 16:04
Ətir necə düzgün vurulmalıdır - CAVAB

Ətir necə düzgün vurulmalıdır - CAVAB

9 iyun 2025 , 12:00