Qusarda itkin düşən 84 yaşlı kişinin meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti yaşadığı evin yaxınlığında arxda aşkarlanıb.
İlkin məlumata görə, meyitin üzərində hər hansı xəsarət olmayıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.