Əksər insanlar dənizi okeanın quru ilə əhatələnmiş bir hissəsi kimi təsəvvür edir. Lakin bu təsəvvürə sığmayan unikal bir dəniz var - Sarqasso dənizi. Onun sahəsi təxminən 6–7 milyon km² təşkil edir ki, bu da Hindistanın sahəsindən iki dəfə böyükdür.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ən maraqlısı isə odur ki, bu dənizin sərhədləri sahillərlə deyil, okean axınları ilə müəyyən edilir.
Sarqasso dənizi Atlantik okeanında yerləşir və dörd əsas axınla "bağlanmışdır":
Qərbdə - Qolfstrim,
Şərqdə - Kanarya axını,
Şimalda - Şimal Atlantik axını,
Cənubda - Şimal Passat axını.
Bu axınlar saat əqrəbi istiqamətində hərəkət edir və nəhəng bir su girdabı yaradaraq dənizin sərhədlərini müəyyənləşdirir.
Sargasso dənizinin əsas xüsusiyyəti
Bu dəniz adını orada üzən xüsusi Sarqassum yosunlarından alıb. Bu yosunlar dənizin səthində sıx yığınlar şəklində üzür və unikal canlılar üçün yaşayış mühiti yaradır:
Yayın balıqları,
hörümçək xərçəngləri,
və mikroskopik orqanizmlər.
Bu yosunlar dənizin dibinə bağlı deyil - sərbəst şəkildə “üzən meşələr” kimi hərəkət edirlər.
Sarqasso dənizi və sirli miqrasiyalar
Bu dəniz başqa bir sirr ilə də məşhurdur: avropa və amerika ilanbalıqları (ugrilər) minlərlə kilometr yol qət edərək yalnız burada kürüləyirlər. Alimlər hələ də bu balıqların həmin nöqtəni necə tapdığını tam izah edə bilmirlər.
Əfsanələr və real təhlükələr
Sarqasso dənizinin qərb hissəsi məşhur Bermud üçbucağına daxildir. Burada "gəmi və təyyarələrin qeyb olması" ilə bağlı miflər dolaşsa da, bu hadisələrin çoxu şişirdilmiş hesab olunur. Əsl təhlükə isə böyük plastik tullantı yığınlarıdır.
Dəniz axınları dünyanın hər yerindən tullantıları buraya gətirir və bir ölkə böyüklüyündə "zibil adası" yaradır. Bu isə dənizin həssas ekosisteminə ciddi təhlükə yaradır.
Sarqasso dənizi həm təbiət möcüzəsi, həm də insan fəaliyyəti nəticəsində yaranan ekoloji böhranın bariz nümunəsidir.