ABŞ prezidenti Donald Tramp zarafatla yeni Roma Papası olmağa hazır olduğunu açıqlayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu barədə Ağ evin yaxınlığında jurnalistlərlə söhbəti zamanı danışıb.
"Mən Roma Papası olmaq istərdim. Bu, mənim bir nömrəli seçimim olardı", - dövlət başçısı bildirib.
O, qeyd edib ki, katolik kilsəsinin rəhbəri postuna namizədlə bağlı onun heç bir üstünlüyü yoxdur.