Abşeronda evə gələn polislər oğru ilə QARŞILAŞDI:  cibindən "lezva"  çıxdı
30 aprel 2025 13:40 (UTC +04:00)

Abşeronda evə gələn polislər oğru ilə QARŞILAŞDI: cibindən "lezva" çıxdı

Abşeronda oğurluq hadisəsinin qarşısı alınıb.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Məhəmmədi qəsəbəsi Həsən Əliyev küçəsində baş verib. Vətəndaş V. Əmiraslanova məxsus evdən Baş Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub. Ərazi üzrə Sabunçu Mühafizə İdarəsinin əməkdaşları dərhal həmin evə yollanıblar.

Polislər evdə naməlum şəxslə qarşılaşıblar. Məlum olub ki, oğru pəncərənin şüşəsini sındıraraq, evə daxil olub. Əvvəlcə oğruya tabe olması barədə çağırış edilsə də, o, buna məhəl qoymayaraq, digər pəncərədən qaçmağa cəhd edib. Lakin polislər onu saxlaya bilib.

Saxlanılarkən şübhəlinin üzərindən evə girmək üçün istifadə etdiyi 1 ədəd burğac, 1 ədəd dəmir parçası və ülgüc tapılıb. Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs əvvəllər də oğurluğa görə məhkum olunub.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar