Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO
30 aprel 2025 11:06 (UTC +04:00)

Narkotik çəkib nömrəsiz maşın sürdü - VİDEO

Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində dövlət qeydiyyat nişansız idarə olunan “VAZ” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, avtomobili idarə edən Mirağa Miriyevin sənədləri yoxlanılarkən hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı narkotik vasitə qəbul etməsi təsdiq olunduğu üçün M.Miriyev məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364

Oxşar yazılar