Təmsilçimiz Keişa Fatimə Zəhra Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, badminton üzrə qadınların fərdi mübarizəsində qrup mərhələsinin növbəti oyunları keçirilib.
Keişa Fatimə Zəhra N qrupunda ikinci turun matçına çıxıb. O, böyük britaniyalı Kirsti Gilmorla qarşılaşıb.
Badmintonçumuz 2:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, ilk turda da məğlub olan Keişa Olimpiadada çıxışını yekunlaşdırıb.