"Barselona" onu ərəb klubuna bu qiymətə satır
27 iyul 2024 13:30 (UTC +04:00)

"Barselona" onu ərəb klubuna bu qiymətə satır

"Barselona" hücumçu Vitor Rokenin Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna satışından ən azı 40 milyon avro qazanmaq istəyir.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Səudiyyə klubu oyunçunu sonradan almaq öhdəliyi ilə icarəyə götürməyi düşünür. Lakin Kataloniya klubu birbaşa transferdə və ən azı 40 milyon avro məbləğində israr edir.

Xatırladaq ki, 19 yaşlı futbolçu 2024-cü ilin yanvarında “Atletiko Paranaense”dən “Barselona”ya keçib. Transfer məbləği 40 milyon avro olub. Transfermarkt Rokeni 40 milyon avro dəyərində qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 717
avatar

Oxşar yazılar