Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə  başlayıb
30 iyul 2024 19:19 (UTC +04:00)

Azərbaycan boksçusu Olimpiadaya qələbə ilə başlayıb

Azərbaycanın daha bir boksçusu Paris-2024 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.

Apasport.az xəbər verir ki, 80 kiloqramda çıxış edən Murad Allahverdiyev debütdə Abdelrahman Abdelqavvadı (Misir) mübarizədən kənarlaşdırıb.

Təmsilçimiz rəqibini 5:0 (30:27, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edərək, 1/4 finala yüksəlib.

Allahverdiyevin ikinci görüşü avqustun 2-də olacaq. O, qazaxıstanlı Nurbek Oralbayla üz-üzə gələcək.

Qeyd edək ki, yığmamız Parisə 5 boksçu ilə yollanıb. Onlardan Alfonso Dominqes (92 kq) 1/4 finala yüksəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 600
avatar

Oxşar yazılar