Quldurlar Yeni Zelandiya diplomatını  mənzilində qarət etdilər
16 avqust 2024 21:44 (UTC +04:00)

Quldurlar Yeni Zelandiya diplomatını mənzilində qarət etdilər

Parisdə quldurlar Yeni Zelandiyadan olan diplomatın mənzilinə daxil olaraq onu qarət ediblər.

Lent.az xəbər verir ki, bu haqda məlumatı “Le Parisien” nəşri yayıb.

Məlumata görə Yeni Zelandiyadan olan diplomat Parisin mərkəzindəki evində bağlanaraq döyülüb.

Hadisə ötən gecə Fransa paytaxtının 7-ci rayonunda baş verib. Quldurlar Yeni Zelandiya səfirliyinin 34 yaşlı əməkdaşının mənzilinə soxulub və sahibini bağlayıb, sonra isə tüfəngin qundağı ilə onun üzünə zərbələr endiriblər.

Prokurorluq onun ciddi xəsarət almadığını, lakin xəstəxanaya aparıldığını açıqlayıb. Quldurlar diplomatın dəyəri hələ müəyyən edilməyən şəxsi əşyalarını oğurlayaraq saxta nömrəli avtomobillə qaçıblar.

Oğruların axtarışına paytaxt polisinin mühüm qüvvələri göndərilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı hələlik heç kimi saxlaya bilməyiblər.

Qeyd edək ki, bundan əvvəl Parisdə 5 olimpiya iştirakçısı qarət edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432
avatar

Oxşar yazılar