Meymunçiçəyi virusu siçanlardan insanlara necə keçir? - VİDEO
16 avqust 2024 23:07 (UTC +04:00)

Meymunçiçəyi virusu siçanlardan insanlara necə keçir? - VİDEO

İlk dəfə meymunlarda aşkar edilən, lakin gəmiricilərdə və digər kiçik məməlilərdə də rast gəlinən meymunçiçəyi virusunun Afrikada siçanların qida olaraq istehlakı ilə yayıldığı məlum olub.

Lent.az xəbər verir ki, koronavirus epidemiyası bitdikdən sonra məşhurlaşan meymunçiçəyi virusu yenidən gündəmdədir.

Ümumdünya Səhiyyə Təşkilatının da xəbərdar etdiyi virusun yeni epidemiya təhlükəsi ilə necə yayıldığı araşdırılır.

Afrika mənşəli olduğu müəyyən edilən virusun meymunlardan keçdiyi bildirilsə də, gəmiricilərdən və digər kiçik məməlilərdən də insanlara asanlıqla keçə biləcəyi üzə çıxıb.

Afrikada vəhşi heyvanların qida kimi istifadə edildiyi bölgələrdə virusun yayılma sürətinin artdığı müşahidə edilərkən, paylaşılan video diqqət çəkib.

Afrikada bir bölgədə çəkilən görüntülərdə bir uşaq çubuğa yapışmış ölü siçanları qəlyanaltı kimi yeyir.

Həmin videonu təqdim edirik:

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar