Avropaya qaçmaq istəyən  45 nəfər tutuldu - Biri azərbaycanlıdır
14 yanvar 2025 14:15 (UTC +04:00)

Avropaya qaçmaq istəyən 45 nəfər tutuldu - Biri azərbaycanlıdır

Türkiyədə qanunsuz miqrantlara qarşı əməliyyatlar keçirilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, əməliyyatlar Balıkesir şəhərinin Ayvalık, Erdemit, Gömeç və Karesi qəsəbələrində baş tutub. Nəticədə 4-ü qanunsuz miqrasiya ilə məşğul olan olmaqla, 45 miqrant - 36 Əfqanistan, 7 Suriya, 1 Azərbaycan və 1 Özbəkistan vətəndaşı saxlanılıb.

Məlum olub ki, onlar başda Yunanistanın Midilli adası olmaqla, Avropaya qaçmaq istəyiblər.

Qanunsuz miqrasiya ilə məşğul olan 4 nəfərdən ikisi həbs olunub, ikisi isə şərti qaydada sərbəst buraxılıb. 45 miqrant isə Balıkesir Miqrasiya Mərkəzinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1227
avatar

Mehman Nəbiyev

Oxşar yazılar