Pişiklər və sahibləri  bir-birinə necə bağlıdır?
14 yanvar 2025 13:23 (UTC +04:00)

Pişiklər və sahibləri bir-birinə necə bağlıdır?

Psixoloqlar, sahibi evdən uzaqda olanda pişiklərin necə davrandığını da izah edib.

Lent.az pişiklər və sahibləri arasındakı bağı təqdim edir:

Psixoloqların apardığı araşdırma, pişiklərin itlərdən daha çox "müstəqil" ev heyvanları kimi qəbul edilməsinə baxmayaraq, onların sahibləri ilə bağlarının əslində gözləniləndən qat-qat güclü olduğunu müəyyən edib. Alimlər əvvəlcə sahibləri ilə bir otaqda bir qədər vaxt keçirdəndən sonra tək qalan gənc pişiklərin davranışlarını öyrənmək qərarına gəliblər.

Araşdırmanın nəticələri çoxları üçün gözlənilməz olub. Pişiklərin təxminən 60 faizi elm adamlarının "təhlükəsiz model" hesab etdiyi davranışlar nümayiş etdirib. Bu heyvanlar sahibləri uzaqda olanda yüngül nostalji yaşayırdılar, lakin eyni zamanda ətraf mühiti araşdırmaq qabiliyyətini və ünsiyyət qurmaq istəyini qoruyub saxlayırdılar. Onlar tənhalıqdan qorxmur və ətrafdakı dəyişikliklərə asanlıqla uyğunlaşırdılar. Bununla belə, başqa bir pişik qrupu "təhlükəli" davranış nümunəsi kimi tanınan bir şey nümayiş etdirdi.

Bu o deməkdir ki, onlar sahiblərinin yoxluğunda böyük təşviş yaşayıblar. Qayıtdıqdan sonra da bu narahatçılıq davam edib. 

Alimlərin fikrincə, bu davranış nümunələri kiçik uşaqlarda müşahidə olunanlara bənzəyir. Bu, pişiklərin sosial bacarıqları inkişaf etdirməyə qadir olduğunu təsdiqləyir, bu da onları itlərdən fərqləndirir. Beləliklə, əminliklə söyləmək olar ki, bəzi pişiklər üçün sahiblər bir növ "valideyin” olurlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar