Su orqanizmin həyat mənbəyidir. Bəs heç gün ərzində su içməyi unudursunuz?
Lent.az xəbər verir ki, mütəxəssislər gün ərzində su içməməyin hansı problemlər yarada biləcəyini araşdırıb.
Gün ərzində heç su içməmək və ya az su içməmək bədəninizdə ciddi problemlər yarada bilər.
Su içməməyin səbəb ola biləcəyi bəzi problemlər:
Yetərsiz su istehlakı böyrəklərin toksinləri adekvat şəkildə xaric etməməsinə səbəb olar, böyrək daşlarının əmələ gəlməsini sürətləndirə bilər. Uzun müddətdə isə böyrək çatışmazlığı riski artır.
Həzm sisteminin düzgün işləməsi üçün su lazımdır. Yetərsiz su bağırsaq hərəkətlərini ləngidir, qəbizliyə səbəb olur.
Su qan dövranı üçün vacibdir. Yetərsiz su istehlakı qan qatılaşmasına və qan təzyiqinin artmasına səbəb ola bilər.
Oynaqlarda maye səviyyəsinin azalması hərəkətliliyi məhdudlaşdıra və oynaq ağrısına səbəb ola bilər. Bundan əlavə, əzələ krampları və zəiflik baş verə bilər.
Sağlam həyat üçün su istehlakına fikir verin və su içmək üçün susamağınızı gözləməyin.