Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov vəfat edib.
Bu barədə Lent.az-a teatrdan məlumat verilib.
51 yaşlı aktyorun ölüm səbəbi qaraciyər sirrozudur.
Uzun müddət bu xəstəlikdən əziyyət çəkən Yalçın Səlimova bir müddət öncə qaraciyər köçürülsə də o sağlamlığına qovuşa bilməyib.
Yalçın Səlimov 1996-cı ildən Sumqayıt Dövlət Dram Teatrında işləyirdi.