Bu gün səhər saatlarında Tatarıstanın paytaxtı Kazanda 37 mərtəbəli yaşayış binasına dronla hücum edilib.
Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, “Mavi səmalar” adlı yaşayış kompleksində yanğın başlayıb və sakinlər təxliyə edilib.
Hadisə şahidləri üç dəfə partlayış olduğunu söyləyirlər. Dron binanın 15-ci mərtəbəsinə çırpılaraq partlayış törədib. Başlayan yanğın nəticəsində binanın liftləri bloklandığı üçün sakinləri yanğınsöndürənlər xüsusi nərdivanlarla xilas etməli olub.